Bank Of Baku

Londonda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən anım tədbiri təşkil edilib

Londonda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən anım tədbiri təşkil edilib
# 01 mart 2011 17:24 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Britaniya parlamentinin üzvlərinin, lordlar, jurnalistlər, klassik musiqi həvəskarları və Azərbaycan diasporunun üzvlərinin də iştirak etdiyi konsert çərçivəsində Xocalı soyqırımı zamanı həlak olmuş 613 azərbaycanlının xatirəsi də yad edilib. Konsert beynəlxalq fotojurnalistlər tərəfindən Xocalı soyqırımından sonra çəkilmiş və bu günədək nümayiş olunmayan qrafik fotolardan ibarət sərginin nümayişi ilə başlayıb. Tədbirdə çıxış edən Britaniya Lordlar Palatasının üzvü Kilkluney bildirib ki, Azərbaycan ilk dəfə ATƏT Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının üzvü kimi gedib: “O zaman mən Dağlıq Qarabağ münaqişə nəticəsində yurdlarından köçkün düşmüş insanların ürək ağrıdan yaşayışının şahidi oldum. Onlar əsasən kənd boyunca düzülmüş yarısökülü vəziyyətdə olan evlərdə yaşayırdılar. Bundan başqa mən Azərbaycanın Quba rayonunda da olmuşam. Orada yəhudi icması çox rahat və gözəl şəraitdə yaşayırlar”.

Britaniya parlamentinin enerji və iqlim dəyişikliyi komitəsinin üzvü, Azərbaycanlıların Mühafizəkar Dostları birliyinin vitse-prezidenti Kris Pincer bildirib ki, Xocalı soyqırımından keçən 19 il ərzində Azərbaycan və Böyük Britaniya daha da yaxınlaşıb: “İndi biz bu hadisə barədə özümüzü tam məsuliyyətli hesab edirik və erməni işğalçıları tərəfindən evlərindən didərgin düşmüş insanları qorumağı özümüzə borc bilirik. Bu insanların öz evlərinə dönməsinə ehtiyacı var. Qərb bu məsələdə Azərbaycanı dəstəkləməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi muğamın inkişaf etdiyi bir mərkəz kimi tanınır. Muğam Azərbaycanın ruhunu əks etdirən bir musiqidir. Bu bölgə öz istedadlı musiqiçiləri və bəstəkarları ilə bütün Qafqazda tanınır”.

Konsert 22 yaşlı gənc skripkaçı Nəzrin Rəşidovanın çıxışı ilə davam edib. Konsertin finalında dahi bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyası ifa olunub. Bu simfoniya Londonda 50 ildən sonra ilk dəfə səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR