Bank Of Baku

Xocalı soyqırımının ildönümü ilə bağlı Brüsseldə tədbir keçirilib - FOTO

Xocalı soyqırımının ildönümü ilə bağlı Brüsseldə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2011 07:56 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbiri açıq elan edən Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov 19 il öncə erməni terrorçularının Xocalıda törətdiyi soyqırımı haqqında məlumat verib və bu soyqırımın dünyada tanınması və haqq-ədalətin öz yerini tapması üçün UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının oynadığı mühüm roldan və kampaniyanın hər il daha geniş vüsət almasından danışıb. O, tək səfirliyin deyil, Belçikadakı Azərbaycan diaspor təşkilatlarının da bu aksiyaya qoşulduğunu və müvafiq tədbirlər gördüyünü qeyd edib.

Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Leon Kuk isə Xocalı soyqırımının baş verdiyi günləri xatırladaraq 613 mülki insanın qəddarlıqla qətlə yetirildiyini, bu soyqırımı törədənlərin hələ də cəzasız qaldığını, BMT, ATƏT və digər nüfuzlu təşkilatların qərar və qətnamələrinə baxmayaraq Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu qeyd edərək, beynəlxalq birliyi Xocalı soyqırımını tanımağa dəvət edib.

Sonra İsveç parlamentinin sabiq üzvü, Avropa Şurası Parlament Assambleyasının Vitse-prezidenti və siyasi məsələlər üzrə komitənin sədri vəzifələrini tutmuş Goran Linblad “Justice for Khojaly” internet səhifəsinin yenilənmiş versiyasının iştirakçılara təqdim edib, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası barədə geniş məlumat verib və dünya liderlərinə ünvanlanmış petisiyaya qoşulmağa dəvət edib. Tədbir zamanı iştirakçılar “Justice for Khojaly” klipinə tamaşa edib və salonda qoyulmuş ekranda canlı həzin musiqinin müşayiəti ilə soyqırımı qurbanlarının ad və soyadlarını seyr ediblər. Seminardan sonra iştirakçılar Heydər Əliyev Fondu və “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası tərəfindən hazırlanmış foto-sərgiyə baxıb, müvafiq təbliğat materialları ilə tanış olub və “Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının hazırladığı və dünya liderlərinə ünvanlanmış petisiyaya imza atıblar.

Tədbirdə Avropa Parlamentinin üzvləri, xarici ölkə səfirliklərinin təmsilçiləri, Belçika ictimaiyyətinin nümayəndələri, QHT təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və burada təhsil alan tələbələrimiz iştirak ediblər.

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti isə səfirliyin dəstəyi ilə ingilis, fransız və niderland dillərində hazırladığı “Biganə qalmayın” adlı açıqçaları Avropa Parlamentinin, Belçika Senatının və Nümayəndələr Palatasının üzvlərinə poçt və elektron məktub vasitəsilə göndərib. Açıqçalarda Xocalı soyqırımına aid fotolar, soyqırımı haqqında məlumat və “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya liderlərinə ünvanlanmış petisiyaya qoşulmaq çağırışı öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR