Bank Of Baku

Türk dövlətlərindən olan musiqi kollektivləri ABŞ-da Novruz şənliklərində iştirak edəcəklər

Türk dövlətlərindən olan musiqi kollektivləri ABŞ-da Novruz şənliklərində iştirak edəcəklər
# 02 mart 2011 08:39 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. 11 Türk dövlətindən, o cümlədən Azərbaycandan olan musiqiçilər və rəqqaslar ABŞ-da keçiriləcək Novruz konsertlərində iştirak edəcəklər. APA-nın Vaşinqton müxbirinə tədbirin təşkilatçıları məlumat verib.

Konsertlər martın 24-də BMT Baş Məclisində və Vaşinqtondakı Linkoln Teatrında baş tutacaq.

Konsertlərdə Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən, Türkmənistandan, Qaqauziyadan (Moldova), Krımdan (Ukrayna), Tatarıstandan (Rusiya), Başqırdıstandan (Rusiya), Tuvadan (Rusiya) və Hakassiyadan (Rusiya) artistlər iştirak edəcəklər.

Konsertlər TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) tərəfindən təqdim olunur. Bu təşkilatın məqsədi Avrasiyanın müxtəlif ölkələrində yaşayan Türk xalqlarının ortaq mədəniyyətini təmsil etmək, qorumaq və möhkəmləndirməkdən ibarətdir.

“Konsertlər hər bir regiounun unikal ənənələrini, milli geyimlərini, musiqi və rəqslərini göstərmək üçün rəngarəng bir nümayiş olacaq. Novruz günlərində ABŞ-da üç tamaşa qoyulacaq”, deyə təşkilatçılar bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR