Bank Of Baku

Tiflisdə “Koroğlu” dastanının gürcü dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib

Tiflisdə “Koroğlu” dastanının gürcü dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib
# 02 mart 2011 10:07 (UTC +04:00)
Bakı-APA. Gürcüstan Elmar Akademiyasında Azərbaycanın xalq dastanı “Koroğlu”nun gürcü dilinə tərcümə edilmiş variantının təqdimat mərasimi keçirilib. APA-nın “Qruziya-onlayn”a istinadən yaydığı məlumata görə, dastanı gürcü dilinə yazıçı Zezva Medolaşvili çevirib. Təqdimat mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bildirib ki, səfirlik artıq uzun müddətdir Gürcüstan Elmlər Akademiyası ilə əməkdaşlıq edir: “Şadam ki, “Koroğlu” dastanını artıq gürcü dilində də oxumaq mümkün olacaq. Bu, bizim Gürcüstan Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində gürcü dilinə tərcümə etdirdiyimizi ikinci əsərdir”. Səfir tezliklə daha bir neçə əsərin gürcü dilinə tərcümə olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR