Bank Of Baku

Sabir Rüstəmxanlı: “DAK-ın fəaliyyəti müəyyən adamları və İrandakı dairələri çox ciddi şəkildə narahat edir”

Sabir Rüstəmxanlı: “DAK-ın fəaliyyəti müəyyən adamları və İrandakı dairələri çox ciddi şəkildə narahat edir”
# 02 mart 2011 13:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyinin Türkiyə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, səfər çərçivəsində qurumun İdarə Heyətinin toplantısı da keçirilib. Bundan əlavə, DAK-ın müxtəlif ölkələrdəki təmsilçilikləri Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar diaspor təşkilatları ilə birlikdə simpoziumlar, konfranslar, sərgilər, görüşlər, aksiyalar və s. keçiriblər.

S. Rüstəmxanlı təşkilat daxili qərarlar haqqında da məlumat verib: “Bilirsiniz ki, DAK-ın sonuncu qurultayından sonra müəyyən tədbirlərimiz olub, ancaq İdarə Heyətinin bəzi üzvləri o tədbirlərdə iştirak etməyiblər. Ümumiyyətlə, qurultayda da müəyyən fikir ayrılıqları müşahidə olunurdu, hətta tədbirin işinə mane olmaq və onu pozmaq istəyən qüvvələr vardı. Bu qüvvələrin hara və kimlərə bağlı olduqları barədə müəyyən təxminlər və bildiyimiz şeylər olsa da, ancaq cəmiyyətə açıqlanmasına ehtiyac görmürəm. Hər halda DAK-ın fəaliyyətinin müəyyən adamları və İrandakı dairələri çox ciddi şəkildə narahat etdiyi görünür. Ona görə də onlar davamlı olaraq DAK-a öz adamlarını salmağa və təşkilatın işini pozmağa çalışırlar”.

Onun sözlərinə görə, qurultay tərəfindən seçilən DAK İdarə Heyətinin bəzi üzvləri təşkilatın işindən tamamilə kənarda qalıblar. Ona görə də Ankaradakı iclasda Bəhruz Həqqi və Fəramərz Quluzadənin fəaliyyəti dondurulub: “Bəhruz Həqqi heç DAK-ın üzvü deyildi. Ancaq qurultayın demokratik keçirilməsi və tərəfdarlarının sayının üstünlük təşkil etməsi onun İdarə Heyətinə düşməsinə şərait yaratdı. Lakin sonradan İdarə Heyətinin razılığı olmadan başqa tədbirlərə qatılmışdı. Hətta İdarə Heyətinin yığıncaqlarında belə iştirak etmirdi. Qurultayın yekununda özünü qeyri-səmimi aparan Fəramərz Quluzadə bir sıra texniki və maliyyə məsələlərində DAK üçün problem yaradıb. Bundan əlavə, DAK-ın Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib, ancaq İdarə Heyətinin üzvü kimi qalır. Biz təşkilatda müəyyən təyinatlar da aparmaq, gələcək iş planımızı təsdiqləmək istəyirdik”.

S. Rüstəmxanlı Türkiyədə DAK-ın təşəbbüsü ilə keçirilən “Xocalı həftəsi” barədə də ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR