Bank Of Baku

Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin nümayəndələri azərbaycanlı şagirdlərlə görüşüblər

Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin nümayəndələri azərbaycanlı şagirdlərlə görüşüblər
# 07 mart 2011 09:58 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təmsilçiləri Ali məktəblərə qəbul üzrə qiymətləndirmə Komissiyasının üzvləri ilə birlikdə Qardabani rayonunda fəaliyyət göstərən məktəblərdə azərbaycanlı şagirdlərlə görüş keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 12-ci sinifdə oxuyan şagirdlərə attestat almaq üçün məktəbdaxili imtahanlar barədə ətraflı məlumat verilib. Şagirdlərlə söhbət zamanı onların suallarını cavablandıran nazirliyin və qəbul komissiyasının üzvləri gürcü ali məktəblərə qəbul qaydaları haqqında da bilgilər veriblər.
Gürcüstan Reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin müşaviri Savalan Mirzəyev APA-ya bildirib ki, belə görüşlər təkcə Qardabanidə deyil, Bolnisi, Dmanisi və Tetri-Skaro məktəblərində də keçirilib. Onun sözlərinə görə, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda təhsil alan 1028 nəfər 12-ci sinif şagirdi ilə də görüş keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR