Bank Of Baku

Bu ay Merilend ştatının Montqomeri əyalətində Azərbaycan İrsi Ayı elan edilib

Bu ay Merilend ştatının Montqomeri əyalətində Azərbaycan İrsi Ayı elan edilib
# 09 mart 2011 08:13 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Montqomeri əyalətinin qubernatoru İsia Leggett bununla bağlı martın 8-də qərar qəbul edib. Sənəddə Azərbaycan 1918-ci ildə müsəlman aləmində qadınlara seçki hüququ verən ilk dövlət kimi təqdir olunur. Şairə Xurşid Banu Natəvan (1830-1897) və şərqdə ilk opera bəstəkarı Üzeyir Hacıbəyov (1885-1948) kimi əfsanə şəxslər yetişdirən Azərbaycan Qafqazda mədəniyyətin beşiyi adlandırılır. Azərbaycan həm də ABŞ-ın strateji müttəfiqi kimi qeyd olunur.

Merilend ştatının Montqomeri əyaləti Vaşinqtonun müxtəlif mədəniyyətləri özündə birləşdirən Metro adlanan hissəsində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR