Bank Of Baku

ABŞ konqresmeni Azərbaycan diasporuna məktub ünvanlayıb

ABŞ konqresmeni Azərbaycan diasporuna məktub ünvanlayıb
# 10 mart 2011 05:45 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-ın Virciniya ştatından seçilmiş konqresmen Ceyms P. Moran (James P. Moran) Azərbaycan diasporunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindəki irəliləyişi çox diqqətlə izlədiyini bildirib.

“Məni çox sevindirir ki, ABŞ hökuməti çox fəal şəkildə, Minsk Qrupu vasitəsi ilə Dağlıq Qarabağ məsələsi də daxil olmaqla, davam edən münaqişələrin həlli istiqamətində çoxtərəfli səyləri dəstəkləyir”, - deyə konqresmen Moran diaspora üzvlərinə ünvanlandığı məktubunda qeyd edib.

"Qafqazda sülh və təhlükəsizliyə nail olmaq üçün görüləsi işlər hələ çoxdur. Mən inanıram ki, Amerika Birləşmiş Ştatları qanunun aliliyi möhkəmləndirmək, habelə Ermənistan və Azərbaycanda demokratik ənənələri dəstəkləmək məqsədilə, bölgədəki ölkələr və müttəfiqləri ilə işləməklə düzgün istiqamətdə hərəkət edir”, - deyə konqresmen əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR