Bank Of Baku

DAK Güney Azərbaycan türklərinin hüquqları ilə bağlı tədbir keçirib

DAK Güney Azərbaycan türklərinin hüquqları ilə bağlı tədbir keçirib
# 10 mart 2011 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi Güney Azərbaycan türklərinin hüquqları ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, nümayəndəliyin rəhbəri Səftər Rəhimli deyib ki, Güney Azərbaycan türkləri İranda iqtidar-müxalifət arasında baş verən proseslərə - “Yaşıllar hərəkatı”na qatılmır: “Azərbaycanlıların hüquqları uğrunda hərəkat İran rejimini dəstəkləyənlər tərəfindən həyata keçirilən aksiyalarda iştirak etmir. Göründüyü kimi, Güney Azərbaycan da bu məsələlərə qarışmır”.

Keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki, Şimali Azərbaycan vətəndaşları İrandakı azərbaycanlılarla bağlı səthi məlumatlara sahibdirlər: “Şimali Azərbaycan türkləri bilməlidirlər ki, cənub məsələsi bizim bir nömrəli problemimizdir”. İranın tarixi haqda qısa arayış verən F. Cəlilov qeyd edib ki, İran adının bu ölkəyə verilməsi prosesi 1958-ci ildə Pəhləvilər tərəfindən rəsmiləşdirilib: “Həmin ərazinin 2500 illik dövlətçilik ənənəsi var. Bu dövrün cəmi 500-600 ilində farslar hakimiyyətdə olublar. Lakin bu gün orta məktəbə gedən türk uşağının hüququ pozulur və o məktəbdə müəllimi tərəfindən fars dilini bilmədiyinə görə, təhqirə məruz qalır. 40 milyonluq bir millət zorla başqa dildə təhsil almağa məcbur edilə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR