Bank Of Baku

GAMOH nümayəndəsi: “İrandakı “yaşıl hərəkat”ın türklərə müsbət təsiri olmayacaq”

GAMOH nümayəndəsi: “İrandakı “yaşıl hərəkat”ın türklərə müsbət təsiri olmayacaq”
# 16 mart 2011 09:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda İranda insan haqlarının vəziyyəti mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Güney Azərbaycandan olan şair Babək Muğanlı deyib ki, İranda insan hüquqlarının vəziyyəti acınacaqlıdır və ən çox əziyyət çəkən kütlə türklərdir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı bildirib ki, İranda müxalifətin “yaşıl hərəkat”ı Güney Azərbaycan türklərinin proseslərə qoşulması üçün bütün vasitələrdən istifadə edir: “Bu hərəkatın türklərə müsbət təsiri olmayacaq. Müstəqil Güney Azərbaycan dövlətinin qurulmasına nail olmaq üçün daxili proseslərə qoşulmamalıyıq”.

Yadulla Kənani isə bəyan edib ki, bütün dövrlərdə türklər İranda demokratiyanı dəstəkləyib, lakin hər dəfə onlara qarşı ədalətsizlik edilib: “İranda demokratik quruluş qurulmadan nəyəsə nail ola bilməyəcəyik. Ona görə də Tehranda başlanan hərəkata dəstək olmalıyıq”.

Əjdər Tağızadə qeyd edib ki, İranda demokratiyanın beşiyi Güney Azərbaycandır: “Azərbaycan Respublikasının yaranması ilə İranda çox şey dəyişib. Bu gün “yaşıl hərəkat”ın üzvləri internetdə cənublu azərbaycanlıları proseslərə qoşulmağa çağırırlar”.

Ə. Tağızadənin sözlərinə görə, “yaşıl hərəkat”ın başında dayanan Mirhüseyn Musəvi Xomeyninin dövründə bütün işgəncələrdə iştirak edib: “Mirhüseyn yüzlərlə təbrizli qıza təcavüzün başında dayanıb. 1979-cu ildən bu günə qədər 4 milyon adam İran adlanan ölkədən qaçıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR