Bank Of Baku

Gürcüstan prezidenti Novruzu Marneulidə keçirəcək

Gürcüstan prezidenti Novruzu Marneulidə keçirəcək
# 18 mart 2011 12:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Martın 21-də Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov məlumat verib. O bildirib ki, prezident M. Saakaşvili azərbaycanlıları Novruz Bayramı münasibətilə təbrik edəcək və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla birlikdə Azərbaycanın dəstəyi ilə tikilən idman mərkəzinin açılışını keçirəcək: “Həmin gün Azərbaycan xalq sənəti nümunələrinin və kənd təsərrüfatı məhsullarının, Marneulidə fəaliyyət göstərən konserv zavodunun buraxdığı məhsulların sərgisi də keçiriləcək. Novruza aid müxtəlif xalq oyunları təqdim olunacaq və Azərbaycan və Gürcüstan müğənnilərinin iştirakı ilə konsert təşkil ediləcək”.

Xatırladaq ki, Gürcüstan prezidentinin keçən il martın 23-də imzaladığı fərmanla Novruz bayramı Gürcüstanda ümumxalq bayramı elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR