Bank Of Baku

Azərbaycan diasporu Berlinin mərkəzində etiraz aksiyası keçirib - FOTO

Azərbaycan diasporu Berlinin mərkəzində etiraz aksiyası keçirib - <font color=red>FOTO</font>
# 19 mart 2011 10:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Berlində 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı nümayiş keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyadakı Azərbaycan diasporu ötən gün Berlinin mərkəzində yerləşən Brandenburq Qapıları qarşısında 9 yaşlı azərbaycanlı, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Nümayiş Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən Azərbaycan Evi ilə əməkdaşlıq sayəsində təşkil olunub. Nümayişdə Azərbaycan və türk diasporu cəmiyyətləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən futbol məktəbinin şagirdləri, Yəhudi Diaspor nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları F.Bədəlovun qətlə yetirilməsinə etirazlarını bildiriblər. Aksiyanın bəyanatı isə F.Bədəlovun şəkli ilə birlikdə Kanzleramta, Alman Bundestaqının İnsan hüquqları və Humanitar yardım, Avropa İttifaqı üzrə məsələlər komissiyalarına, Parlamentdə təmsil edilmiş 5 aparıcı partiya fraksiyalarına təqdim olunub, ölkənin humanitar təşkilatlarına, UNİSEF-in Almaniya nümayəndəliyinə, alman dövlət və qeyri-dövlət fondlarına, ictimaiyyətin nümayəndələrinə isə elektron poçt vasitəsilə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR