Bank Of Baku

Ukraynanın Nikolayev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO

Ukraynanın Nikolayev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 23 mart 2011 09:05 (UTC +04:00)
Bakı - APA. Ukraynanın Nikolayev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, yürüşlə başlayan tədbirə Nikolayev şəhərində yaşayan azərbaycanlılar və digər şəhərlərdən gələn həmvətənlərimiz qatılıblar.
Tədbir Nikolayev vilayətinin qubernatoru Nikolay Kruqlov, Nikolayev şəhərinin meri Vladimir Çayka (Ukraynanın Azərbaycandakı keçmiş konsulu), Ukrayna Ali Radasının üzvləri Artyom İlyuk, Sergey Jayvoyonok, Nikolayev Azərbaycanlı Qadınlar Şurasının sədri Mövlud Hədisova (Azərbaycanın Milli Qəhrəmanı Muxtar Abdulla oğlu Hədisovun həyat yoldaşı), Milli Azlıqlar Departamentinin sədri Anar Axundov, Nikolayev Azərbaycanlı Gənclər Birliyinin sədri Xəyyam Həqiqətoğlu, azərbaycanlı millət vəkili Fazil Hacıyev, Heydər Əliyev adına Tədris və Mədəniyyət Mərkəzinin rəhbəri, eyni zamanda Nikolayev vilayətinin millət vəkili Kamran Həsənovun və “Elika” firmasının təşkilati-maliyyə dəstəyi və iştirakı ilə baş tutub.
Tədbiri Azərbaycanın milli geyimlərində olan Odessa Hüquq Akademiyasının tələbəsi Elnarə Rüstəmova və Andrey Neroda aparıb. Həmvətənlərimizi təbrik etmək üçün Ahıska Türklərinin “Ümid” rəqs qrupu, “Momili” gürcü ansamblı, Bolqar Gənclər Təşkilatının “Xoro” rəqs qrupu da tədbirə təşrif buyurub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR