Bank Of Baku

Almaniyanın Maqdeburq şəhərində azyaşlı azərbaycanlı uşağın öldürülməsinə etiraz olaraq aksiya keçirilib

Almaniyanın Maqdeburq şəhərində azyaşlı azərbaycanlı uşağın öldürülməsinə etiraz olaraq aksiya keçirilib
# 24 mart 2011 09:24 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Maqdeburq şəhərində Saxhsen-Anhalt Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib. Bu barədə APA-ya Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Maqdeburq şəhərinin mərkəzindəki ALT Markt meydanında keçirilən aksiyada erməni tərəfinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə son qoyulması barədə şüarlar səslənib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1994-cü ildən hökm sürən atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində dinc azərbaycanlı sakinlərin öldüyü barərə Almaniya ictimaiyyətini məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR