Bank Of Baku

Böyük Britaniyada Novruz şənliyi təşkil edilib - FOTO

Böyük Britaniyada Novruz şənliyi təşkil edilib -<font color=red> FOTO</font>
# 24 mart 2011 15:22 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya fəaliyyət göstərən “Ekzeter” Azərbaycan Cəmiyyəti Novruz Bayramını təntənə ilə qeyd edib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, tədbirdə 23 müxtəlif ölkədən 100-dən artıq əcnəbi tələbə iştirak edib. Tədbir 3 hissədən ibarət olub. Qonaqlar bayram haqqında məlumatlandırılıblar, Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilib. Qonaqlar Azərbaycan mətbəxi, milli rəqslər və musiqilərlə tanış olublar.
Qeyd edək ki, “Ekzeter Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin noyabr ayında universitetdə təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun təşəbbüsü ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR