Bank Of Baku

İğdırda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçiriləcək

İğdırda 31 Mart  - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçiriləcək
# 28 mart 2011 13:09 (UTC +04:00)
Bakı-APA. Martın 30-da Türkiyənin İğdır şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) təşkilatçılığı, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Tədqiqatlar Mərkəzi (TURKSAM), Türkiyə Dövlət İşçiləri Həmkarlar təşkilatının İğdır şöbəsi və Türkdilli Xalqlarla Əməkdaşlıq Təşkilatının (ATXƏM) dəstəyi ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. “İğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımları və erməni iddiaları” mövzusunda olacaq konfransda TAD və TURKSAM rəhbəri Sinan Oğan, ATXƏM rəhbəri İlham İsmayılov, Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı iştirak edəcək. Konfrans zamanı millət vəkili Qənirə Paşayevanın “Ermənilərin törətdiyi soyqırım qurbanı: Bağanis Ayrım” kitabının təqdimatı keçiriləcək. Konfransda sənədli film də nümayiş etdiriləcək.
Konfrans çərçivəsində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı müraciət də səsləndiriləcək. Ermənilərin İğdırda törətdikləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulacaq.
Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və çoxlu sayda azərbaycanlı jurnalist iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR