Bank Of Baku

Ankaranın Keçiörən bələdiyyəsinin sədri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Ankaranın Keçiörən bələdiyyəsinin sədri Diasporla İş üzrə Dövlət Komitəsində olub
# 28 mart 2011 15:46 (UTC +04:00)
Bakı-APA. Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak Diasporla İş üzrə Dövlət Komitəsində olub. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdə Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələrinin əməkdaşlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşlıq etdiyi Türkiyə Azərbaycan Dərnəyi (TAD) ilə Ankara Keçiörən bələdiyyəsinin indiyə qədər həyata keçirdikləri birgə tədbirlər və gələcək əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd edən Mustafa Ak TAD-la Ankara Keçiörən bələdiyyəsinin birgə gerçəkləşdirdiyi tədbirlərə verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Daha sonra Sumqayıt şəhər bələdiyyəsi ilə qurulan sıx əlaqələrdən danışan Mustafa Ak bir müddət əvvəl Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələrinin “Qardaşlaşma haqqında niyyət protokolu” imzaladıqlarını qeyd edərək bunun ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yaxşı zəmin yaratdığını vurğulayıb.

Mustafa Ak Ankaranın Keçiörən bələdiyyəsinin ərazisində Azərbaycan parkının salınacağını qeyd edərək gələcəkdə parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılmasını planlaşdırdıqlarını qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələri arasında əməkdaşlığı müsbət dəyərləndirib.

Türkiyə Azərbaycan Dərnəyi ilə Ankaranın Keçiörən bələdiyyəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Nazim İbrahimov bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR