Bank Of Baku

Qarabağ Fondu Vaşinqtonun Linkoln Teatrında konsert təşkil edib

Qarabağ Fondu Vaşinqtonun Linkoln Teatrında konsert təşkil edib
# 28 mart 2011 16:38 (UTC +04:00)
Qarabağ Fondundan APA-ya verilən məlumata görə, “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilən və 800 nəfər tamaşaçının iştirakı ilə iki saata yaxın davam edən konsertdə xüsusi olaraq bu tədbir üçün Azərbaycandan gəlmiş “Natiq” ritm qrupu, “Rast” qrupu və Emil Əfrasiyab çıxış ediblər.
Azərbaycan mədəniyyətinin tanıdılması üçün son bir neçə ildə ABŞ-da təşkil olunmuş ən böyük tədbirlərdən biri olan bu konsertin açılış mərasimində çıxış edən Qarabağ Fondunun direktoru Diana Kohen Altman Novruz bayramı münasibətilə bütün azərbaycanlıları təbrik edib, Fondun həyata keçirdiyi proqramlar və qarşıdan gələn tədbirlər haqqında məlumat verib.
“Azercell” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə təmsil etdiyi şirkət, şirkətin sponsorluq etdiyi sosial və mədəni layihələr haqqında məlumat verib. Qarabağ Fondunun idarə heyətinin üzvü Adil Bağırov isə bu tədbirə sponsorluq etdiyi üçün “Azercell” şirkətinin rəhbərliyinə, Fonda köməklik göstərən könüllülərə, Azərbaycandan məhz bu tədbirdə iştirak etmək üçün gəlmiş millət vəkillərinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR