Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu Türk Milli Suverenlik və Uşaq Bayramı kampaniyası çərçivəsində konqresmenlərə məktub göndərib

ABŞ-dakı Azərbaycan diasporu Türk Milli Suverenlik və Uşaq Bayramı kampaniyası çərçivəsində konqresmenlərə məktub göndərib
# 29 mart 2011 08:59 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.

“Hər il aprelin 23 bütün dünyadakı türklər Türk Milli Suverenlik və Uşaq Bayramını qeyd edirlər. 91 il əvvəl həmin gün türk xalqının azadlıq, ədalət və sülh arzularını həyata keçirmək üçün Türk Böyük Millət Məclisi (parlament) yaradılıb” deyə məktubda bildirilir.

“Bu bayram ərəfəsində biz sizdən Türkiyənin əsasən müsəlmanların üstünlük təşkil etdiyi unikal dünyəvi demokratiya modeli kimi əhəmiyyətini, aparıcı iqtisadi gücünü, ABŞ və NATO-nun əsas müttəfiqi kimi vacibliyini, Amerikada yaşayan türklərin Amerikanın inkişafına verdiyi dəyərli töhfələrini tanımağı xahiş edirik”.

Məktub müəllifləri qeyd edir ki, müasir Türkiyə əsasən müsəlmanların üstünlük təşkil etdiyi dünyanın ən sabit dünyəvi parlamentli demokratik ölkəsidir. Türkiyə ən sürətlə inkişaf edən bazarlar sırasındadır və Balkanlar və Yaxın Şərqdən Qafqaz və Mərkəzi Asiyaya qədər vacib regionda ABŞ-ın mühüm tərəfdaşıdır.

“Təxminən bir əsri əhatə edən mühacirət dövründə Amerikanın türk icması dövlətin mədəni spektrinin zənginləşməsində böyük rol oynayıb, Amerikada biznes, elm, texnologiya və incəsənətin inkişafına töhfələr verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR