Bank Of Baku

İsveç Azərbaycanlıları Konqresi 9 yaşlı azərbaycanlının öldürülməsi ilə bağlı BMT nümayəndəsində məlumat verib - FOTO

İsveç Azərbaycanlıları Konqresi 9 yaşlı azərbaycanlının öldürülməsi ilə bağlı BMT nümayəndəsində məlumat verib - <font color=red>FOTO</font>
# 29 mart 2011 10:08 (UTC +04:00)
Bakı-APA. İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndəsi Nadir Hollenbrand BMT-nin səlahiyyətli nümayəndəsi ilə görüşərək 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 28-də baş tutan görüşdə İAK-ın nümayəndəsi azyaşlı azərbaycanlı uşağın snayper tərəfindən öldürülməsini erməni vəhşiliyinin növbəti təzahürü kimi səciyyələndirib. Görüşün sonunda Nadir Hollenbrand BMT nümayəndəsinə Fariz Bədəlovun öldürülməsi ilə bağlı İAK-ın qəbul etdiyi qətnamənin surətini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR