Bank Of Baku

İsrailli jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olublar

İsrailli jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olublar
# 29 mart 2011 15:33 (UTC +04:00)
Bakı-APA. İsraildən olan bir qrup jurnalist Azərbaycana səfər çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə komitə sədri Nazim İbrahimov Azərbaycanla İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edən N. İbrahimov bunun Azərbaycan və yəhudi xalqlarının dost və qardaş münasibətlərindən qaynaqlandığını vurğulayıb. Komitə sədri Azərbaycanda heç bir zaman antisemitizm hallarının müşahidə olunmadığını söyləyərək İsrailli jurnalistlərin səfərinin iki ölkə və xalq arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
İsrailli publisist və ictimai xadim Aviqdor Eskin İsrailli jurnalist qrupunun Azərbaycana səfəri ilə bağlı Ermənistan mətbuatında dərc olunan tənqidi məqalələr barədə bunları deyib: “Bizim Azərbaycana gəlişimizdən bəzi bədxahların son dərəcə azğınlaşması bizim bu səfərimizin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir”.

Aviqdor Eskin Diasporla İş üzrə Dövlət Komitəsinin son illər dünyadakı Azərbaycan diasporunun birləşməsi üçün mühüm işlər gördüyünü xüsusi olaraq vurğulayıb.
N. İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin yarandığı vaxtdan bəri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu saxlamalarına dəstək verdiyini bildirib.
İsrailli jurnalistlərdən biri Azərbaycana səfərləri çərçivəsində Qubaya gedəcəklərini və orada erməni daşnak qruplaşmaları tərəfindən 1918-ci il mart qırğınların zamanı kütləvi surətdə qətlə yetirilmiş azərbaycanlıların məzarlığını ziyarət edəcəklərini qeyd edib.
Komitə sədri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının dünya ictimaiyyətinə çatdırılması işində dünyadakı yəhudi diasporunun mühüm rol oynaya biləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR