Bank Of Baku

Türkiyə nümayəndə heyəti Quba Soyqırımı Məzarlığını ziyarət edib

Türkiyə nümayəndə heyəti Quba Soyqırımı Məzarlığını ziyarət edib
# 29 mart 2011 16:24 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Akın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti bu gün Quba Soyqırımı Məzarlığını ziyarət edib. APA-nın şimal bürosunun məlumatına görə, nümayəndə heyətini millət vəkilləri Qənirə Paşayeva, Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov müşayiət ediblər.

Nümayəndə heyətinə məzarlıq haqqında geniş məlumat çatdırılıb. Kütləvi məzarlıqda üst-üstə qalanmış yüzlərlə insan skeletini görən qonaqlar bu acınacaqlı mənzərədən dəhşətə gəldiklərini bildiriblər. M. Ak bu haqda Türkiyə ictimaiyyətinin maarifləndirilməsi istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Millət vəkili Vahid Əhmədov bildirib ki, yaxın günlərdə kütləvi məzarlığın ərazisində Soyqırımı Memorial Kompleksinin tikintisinə başlanılacaq. Kompleks bu ilin sentyabr ayında tikilib istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR