Bank Of Baku

Latviyada 31 mart – Azərbaycanlıların Soyqırımı Günü yad edilib

Latviyada 31 mart – Azərbaycanlıların Soyqırımı Günü yad edilib
# 31 mart 2011 14:22 (UTC +04:00)
Bakı-APA. Latviyanın paytaxtı Riqada “Ocaq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş, “Uzun illər boyu: Erməni terrorist qruplaşmalarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Latviya parlamentinin deputatı - Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Sakovskiyin iştirakı ilə keçən tədbirdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı ilə bağlı ətraflı məlumat verilib, onların bu əməllərinin insanlığa sığmadığı və bəşəriyyətə qarşı cinayətlər kimi səciyyələndirilməli olduğu vurğulanıb.
Latviyada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş daha bir tədbiri “Ocaq” Mədəniyyət Mərkəzinin Gənclər təşkilatı keçirib. “Azərbaycanlıların soyqırımı. Tarixin dərsləri” adlı iclasda Latviya Respublikasında yaşayan azərbaycanlı və Latviyalı gənclər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR