Bank Of Baku

Dünya Azərbaycanlılarının III qurultayının dəqiq vaxtı açıqlanıb

Dünya Azərbaycanlılarının III qurultayının dəqiq vaxtı açıqlanıb
# 01 aprel 2011 14:33 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyətcə azərbaycanlı olmayan, lakin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.
Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərin müzakirə olunacağı toplantıda, həmçinin müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb. Hazırda Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR