Bank Of Baku

Azərbaycanlıların soyqırımı günü Avstraliyada anılıb - FOTO

Azərbaycanlıların soyqırımı günü  Avstraliyada anılıb - <font color=red>FOTO</font>
# 04 aprel 2011 07:28 (UTC +04:00)
Sidney. Elmin İbrahimov - APA. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Avstraliyanın Sidney şəhərində Azərbaycan və türk icması tərəfindən anılıb. APA-nın Sidneydəki müxbirinin məlumatına görə, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmaməddin Qasımov Avstraliyada fəaliyyət göstərən ən böyük məscid olan Gelibolu Camisində 3000-dək insanın iştirak etdiyi cümə namazından öncə 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verib.

Onun sözlərinə görə, həmin hadisələr zamanı erməni millətçiləri heç kimə rəhm etmədən, qarşılarına çıxan hər kəsi türk deyə qətlə yetiriblər. Məscidin Axundunun müraciəti ilə erməni vəhşiliyinin qurbanlarının ruhuna “Yasin” oxunub, dualar edilib.

Qeyd olunub ki, 1918-ci ilin mart-aprel ayları ərzində Stepan Şaumyanın rəhbərlik etdiyi erməni dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirib, xeyli sayda kənd və qəsəbələr yerlə yeksan edilib. 31 mart tarixi Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR