Paşha Bank
Bank Of Baku

İranda Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyalarında çoxlu sayda azərbaycanlı həbs edilib

İranda Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyalarında çoxlu sayda azərbaycanlı həbs edilib
# 04 aprel 2011 09:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda Urmiya gölünün qurumasının qarşısının alınması tələbi ilə bağlı keçirilən aksiyalarda hüquq-mühafizə orqanları çoxlu sayda azərbaycanlını həbs edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Azərbaycan Respublikasındakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, etiraz aksiyaları Urmiya şəhərinin “Ellər bağı” parkında, Təbrizin “Acı çay” körpüsü yaxınlığında və Qoşaçay şəhərinin “Ata” parkında keçirilib. Aksiyalar hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb. Etiraz şüarları səsləndirən azərbaycanlılardan bir qismi döyülüb, 100-dən artıq şəxs saxlanılıb, onların bəziləri sonradan sərbəst buraxılıb. 50-yə yaxın adam müxtəlif dərəcəli xəsarət alıb, 4 nəfərin vəziyyəti ağırdır.

Etiraz aksiyası zamanı “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Su bəndlərin sındırın, Urmu gölün doldurun”, “Yaşasın Azərbaycan”, “Urmu gölü səslənir, susuzam haray haray” şüarlar səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR