Bank Of Baku

Danimarkada yaşayan azərbaycanlı alim mükafata layiq görülüb

Danimarkada yaşayan azərbaycanlı alim mükafata layiq görülüb
# 04 aprel 2011 14:41 (UTC +04:00)
Bakı-APA. Danimarkanın Glostrub xəstəxanasının professoru və Kopenhagen Universitetinin baş elmi işçisi olan azərbaycanlı Məsud Aşina 2011-ci ilin “Nevrologiya” sahəsi üzrə “Mogens Fog” mükafatına layiq görülüb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Professor “Novo Nordisk” fondunun miqrenin öyrənilməsi məqsədi ilə elmi tədqiqatların davam etdirilməsi üçün 2,5 milyon qrant alıb.
1965-ci ildə Bakıda anadan olan Məsud Aşina Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. O 150-dən artıq elmi məqalənin və 20-dən artıq elmi kitabın müəllifidir.
Xatırladaq ki, Danimarkada 500 mindən artıq insan miqrendən əziyyət çəkir. Azərbaycanlı alim Danimarkada uzun müddət apardığı tədqiqatlar nəticəsində miqrenin müalicəsi istiqamətində uğur əldə edib.
Məsud Aşina məşhur “Annals of Neurolog” elmi jurnalına verdiyi müsahibədə bildirib ki, artıq miqren xəstəliyinin müalicəsi üçün yeni dərmanlar kəşf edilib və bu yaxınlarda onların istehsalına başlanacaq.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Məsud Aşinanı Danimarkada yaşayan azərbaycanlılar adından təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR