Bank Of Baku

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək

DAK İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək
# 04 aprel 2011 16:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada Güney Azərbaycandakı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz ediləcək, bu faktla bağlı Urmiya, Təbriz, Qoşaçay şəhərlərində ötən gün keçirilən aksiyalarda saxlanılan azərbaycanlıların sərbəst buraxılması tələb olunacaq. Həmçinin, aksiyada İrandakı azərbaycanlıların hüquqlarının bərpası tələbi ilə şüarlar səslənəcək. Piket aprelin 6-da saat 12.00-da səfirliyin binası qarşısında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR