Bank Of Baku

Almaniyanın Köln şəhərində Azərbaycan Gecəsi keçirilib

Almaniyanın Köln şəhərində Azərbaycan Gecəsi keçirilib
# 06 aprel 2011 14:52 (UTC +04:00)
Bakı – APA. Aprelin 3-də Almaniyanın Köln şəhərində bu şəhərdə yaşayan azərbaycanlılar – Murat Burak, Aydın bəy Əfşari və Bəhruz Əli Məhəmmədinin təşkilatçılığı ilə Azərbaycan Gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlar Azərbaycan xalq rəqslərinə tamaşa edib, Cenk Sancakın təqdimatında Azərbaycan poeziyasından parçalar dinləyib və Azərbaycan mahnılarının sədaları altında şənləniblər.

Gecənin qonağı, hazırda Türkiyədə yaşayan, əsli Cənubi Azərbaycandan olan müğənni Cavid Təbrizli və Kölndə yaşayan Pəri Hadıqızı xalq mahnılarını, Savaş Nartın rəhbərliyi altında Köln “Qafqaz Dansları” rəqs qrupu isə Azərbaycan rəqslərinin ifa ediblər.

Azərbaycan milli mətbəxinin nümunələri ilə bəzədilmiş bayram süfrəsi təqdim olunan tədbirə Köln və şəhərin ətrafında yaşayan çoxlu sayda azərbaycanlı qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR