Bank Of Baku

Azərbaycan diasporu Corc Vaşinqton Universitetində keçiriləcək konfransla bağlı narahatlığını ifadə edib

Azərbaycan diasporu Corc Vaşinqton Universitetində keçiriləcək konfransla bağlı narahatlığını ifadə edib
# 07 aprel 2011 08:29 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Azərbaycan diasporunun üzvləri gələn həftə Cənubi Qafqaz münaqişələri ilə bağlı Corc Vaşinqton Universitetində keçiriləcək konfransla bağlı narahatlıqlarını bildiriblər. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, “Cənubi Qafqaz: Münaqişəyə və barışığa dair yerli baxışlar” mövzusunda keçiriləcək konfransda region üzrə ekspertlər, o cümlədən, qondarma “Dağlıq Qarabağ Respublikas”ının “Xarici və Təhlükəsizlik Siyasəti Şurası”nın nümayəndəsi Masis Mailyan çıxış edəcək.

Azərbaycan diasporunun üzvləri konfransda Azərbaycan, Ermənistan və Gürcüstandan olan təmsilçiləri ilə yanaşı separatçı rejimin nümayəndəsinin də çıxış etməsindən narahatdırlar.

Azərbaycanı tədbirdə Beynəlxalq Böhran Qrupunun Azərbaycan ofisinin nümayəndəsi Təbib Hüseynov təmsil edəcək. Diaspor qeyd edir ki, digər ölkələrin təmsilçiləri milli qeyri-hökümət təşkilatlarının, Təbib Hüseynov isə beynəlxalq QHT-nin nümayəndəsidir.

Bundan başqa, konfrans Azərbaycanın işğal olunmuş şəhərini Xankəndi deyil, Stepanakert adlandırır.

Azərbaycan diasporu soydaşlarımızı konfransda iştirak etməyə və Azərbaycanın mövqeyini dəstəkləməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR