Bank Of Baku

Gürcüstandakı Azərbaycandilli məktəblərin direktorları gürcü dilini öyrənir

Gürcüstandakı Azərbaycandilli məktəblərin direktorları gürcü dilini öyrənir
# 07 aprel 2011 12:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin direktorları Zurab Jvaniya adına xüsusi Dövlət İdarəçilik Məktəbində gürcü dilini öyrənməyə başlayıblar. Məktəbin direktoru Georgi Kveladze APA-nın Gürcüstan bürosuna bildirib ki, aprelin 3-dən Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Tetri-Tskaro rayonlarında Azərbaycandilli məktəblərin direktorlarına gürcü dilinin tədris edilməsinə başlanıb: “Gürcü dilinin tədrisi mayın 15-nə qədər davam edəcək. Sonra onlara dili öyrəndikləri barədə sertifikatlar təqdim olunacaq.”

Qardabanidəki 3 saylı orta məktəbin direktoru Firdovsi İsgəndərov bildirib ki, dil kursu Kvemo-Kartli bölgə idarəsinin xüsusi dil öyrətmə proqramı əsasında həyata keçirilir: “Layihəyə əsasən bu proqram 6 ay müddətində həyata keçirilməlidir. Lakin bizə gücləndirilmiş proqram əsasında dil öyrətməyə başlayıblar. 80 nəfərə qədər Azərbaycandilli məktəb direktoru gürcü dilini nə dərəcədə bildiklərini müəyyənləşdirmək üçün müsabiqədən keçiblər və bizə 5 qrupda dərs deyirlər. Bəzi direktorlara sıfırdan dərs keçilir. Gürcü dilini qısa vaxt ərzində öyrənmək çətindir. Bir ay yarıma biz dil öyrənə bilmərik. İndi biz hərfləri öyrənirik. Amma yaşımız imkan vermir ki, dili dərindən, mükəmməl öyrənək. Bu, çox çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR