Bank Of Baku

DAK rəhbərliyi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

DAK rəhbərliyi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
# 08 aprel 2011 11:47 (UTC +04:00)
Bakı – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının təşəbbüsü ilə konqresin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və Daimi Şuranın sədri Əjdər Tağızadə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəsi Arun Sala-Nqarm ilə görüşüblər. DAK-dan APA-ya verilən məlumata görə, görüşdə əsasən öz doğma vətənləri olmasına baxmayaraq, Azərbaycan Respublikasında mühacir həyatı yaşayan Güney Azərbaycan türklərinin vəziyyəti, onların bu ölkədə status məsələsinin hələ də həll olunmaması, güneyli qaçqınların sosial-iqtisadi problemləri və s. məsələlər müzakirə edilib.

Qeyd olunub ki, güneyli azərbaycanlılar üzləşdikləri çətinliklərin həlli üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət etsələr də, bir çox hallarda müraciətləri gec cavablandırılır və problemlər öz həllini tapmır. Belə ki, komissarlıq müraciət mövzusunun onlara aid olmadığını əsas gətirərək müraciət müəlliflərini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) yönləndirir. Lakin DMX də mühacirlərin problemlərinin onlara aid olmadığını bildirərək müraciətlərə baxmır. Ona görə də BMT komissarlığının Azərbaycandakı nümayəndəsindən yaranan çətinliyin həll edilməsi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR