Bank Of Baku

TÜRKSOY-un baş katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub - FOTO

TÜRKSOY-un baş katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub  - <font color=red>FOTO</font>
# 08 aprel 2011 15:17 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov Komitə sədri Nazim İbrahimovla görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədri Nazim İbrahimov TÜRKSOY-un türkdilli xalqların mədəniyyətinin təbliğ olunması, onlar arasında mədəniyyət, incəsənət və təhsil sahəsində mövcud əlaqələrin və mənəvi bağların daha da möhkəmlənməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. N. İbrahimov TÜRKSOY-un təşkilatçılığı ilə martın 24-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Novruz bayramının qeyd olunmasının böyük müsbət rezonans yaratdığını qeyd edərək həmin tədbirin keçirilməsinə görə qurumun Baş katibi Dusein Kaseinova öz təşəkkürünü bildirib.
Düsen Kaseinov Nyu-Yorkda Novruz bayramı münasibəti ilə keçirilən tədbirə ABŞ-dakı Azərbaycan diasporunun böyük dəstək verdiyini bildirib. O ABŞ-da azərbaycanlıların yaxşı təşkilatlandıqlarını qeyd edərək bunu Azərbaycan dövlətinin diasporun formalaşdırılması və gücləndirilməsinə göstərdiyi qayğı ilə əlaqələndirib.
Düsen Kaseinov ABŞ-da olduğu kimi Avropada da güclü Azərbaycan diasporunun olduğunun şahidi olduqlarını qeyd edib.
N. İbrahimov Azərbaycan diasporunun türkdilli xalqların mədəniyyəti və incəsənətinin təbliği işində TÜRKSOY-la əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı faydalı olacağına əminliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR