Bank Of Baku

Kaliforniyanın Klermont Universitetində keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan stendi qurulub - FOTO

Kaliforniyanın Klermont Universitetində keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan stendi qurulub - <font color=red>FOTO</font>
# 14 aprel 2011 09:38 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının Klermont Universitetində (Claremont University) beynəlxalq festival keçirilib. APA-nın məlumatına görə, qədim tarixi olan bu festival 33 ildən artıqdır ki, ənənəvi olaraq keçirilir və ilk dəfə olaraq bu il azərbaycanlı tələbələr də festivala qatılıblar. Hazırda həmin universitetdə doktorantura pilləsində 2 azərbaycanlı tələbə - Rəna Salayeva və Qalib Rüstəmov təhsil alır.

Festivalda 40-dan çox ölkə özlərinə məxsus yeməkləri, əl işlərini, musiqi və digər adət-ənənələrini nümayiş etdiriblər. Festivalda ilk dəfə olaraq Azərbaycan stendi qurulub. Stendə Azərbaycanın gözəl guşələrini əks etdirən şəkillər, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən çap etdirilən broşürlər və milli mətbəx nümunələri nümayiş olunur. Tələbələr tərəfindən hazırlanan Azərbaycan milli yeməkləri festivala təşrif buyurmuş ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan stendinin önündə milli mətbəx nümunələrini dadmaq üçün növbə yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR