Bank Of Baku

ABŞ-da azərbaycanlı universitet məzunları və tələbələrin forumu keçiriləcək

ABŞ-da azərbaycanlı universitet məzunları və tələbələrin forumu keçiriləcək
# 14 aprel 2011 11:27 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumun əsas məqsədi qrupun fəaliyyət və hədəflərini müzakirə etmək və yerli tələbələrin işinin əlaqələndirilməsidir. Pax Turcica İnstitutunun həmtəsisçisi Cavid Hüseynov bir müddət əvvəl qurumun fəaliyyəti ilə bağlı Türk Amerika Milli Liderlik konfransında çıxış edib. O bildirib ki, institut öz fəaliyyətini ABŞ-da türk əsilli amerikalıların birliyi konsepsiyası üzərində qurur. Cavid Hüseynov «Amerikanın səsi»nə müsahibəsində bildirib ki, Pax Turcica İnstitutu işini əsasən üç istiqamətdə aparır. Bu istiqamətlər özündə icma üzvlərinin təşkilatlandırılması, onların maarifləndirilməsi və mədəniyyətlərarası dialoqun qurulmasını ehtiva edir.
Onun bildirdiyinə görə, əvvəlki illərlə müqayisədə hazırda türk təşkilatları arasında əlaqələr daha yaxşı koordinasiya olunub. Cavid Hüseynov eyni zamanda ABŞ-dakı türk xalqlarının diasporlarının gənc üzvləri ilə işləməyin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR