Bank Of Baku

Marneulidə “Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin təqdimatı keçirilib

Marneulidə “Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin təqdimatı keçirilib
# 15 aprel 2011 11:50 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində “Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşdırılır. Tədbirdə Yaponiyanın Gürcüstandakı səfiri Masaşosi Kamoxara çıxış edib. Sonra Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze layihənin təqdimatını keçirib.

D. Kirkitadze APA-ya açıqlamasında bu layihənin Marneulidə ətraf mühitin yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib: “Yaponiya bizə çox lazımlı texnika verib. Marneulinin ətraf əraziləri acınacaqlı vəziyyətdədir. Hara baxırsan tullantılarla, zir-zibillə doludur. Yaponiyanın maliyyə dəstəyi ilə təqdimatını keçirdiyimiz proqram çərçivəsində Marneuli şəhərində və onun ətrafında təmizliyə riayət olunacaq. Tezliklə Marneuli Cənubi Qafqazda ən təmiz infrastruktura və təbii gözəlliyə malik şəhər olacaq. Biz alman tərəfdaşlarımızın köməyi ilə Marneulidə tullantıları emal edən müasir zavod da tikəcəyik. Burada tullantılardan gübrə istehsal ediləcək”.

D. Kirkitadze Yaponiyanın başına gələn zəlzələ və sunami fəlakətindən sonra onların Gürcüstanda həyata keçirdikləri layihələri yenə də davam etdirmələrinə təəccübləndiyini bildirib: “Bu ağrını-acını yaşayan xalq bir daha təsdiq edir ki, onlar müdrik və tükənməz gücə malik xalqdır. Mən inanıram ki, qısa vaxt ərzində Yaponiya ayağa qalxacaq və əvvəlki kimi güclü dövlət olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR