Bank Of Baku

Kvemo-Kartli qubernatoru: “Kənd adlarının dəyişdirilməsi bir daha təkrarlanmayacaq”

Kvemo-Kartli qubernatoru: “Kənd adlarının dəyişdirilməsi bir daha təkrarlanmayacaq”
# 15 aprel 2011 12:11 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze Marneulidə kənd adlarının dəyişdirilməsinə cəhdi pisləyib və bunun bir daha heç vaxt təkrar olunmayacağını bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, D. Kirkitadze bu olayı anlaşılmazlıq adlandırıb: “Gürcüstanda belə bir prosedur var ki, hansısa kəndin camaatı yaşadıqları kəndin adını dəyişdirmək istəyirlərsə, yerli hakimiyyət orqanına müraciət edirlər. Bundan sonra yerli bələdiyyə qərar qəbul edir və onu mərkəzi hakimiyyətə göndərir. Sonra ölkə prezidenti kənd adlarının dəyişdirilməsi haqqında sərəncam imzalayır. Lakin Marneulidə heç bir prosedur həyata keçirilməyib və bu, heç vaxt olmayacaq. Bu sözləri mən prezident Mixail Saakaşvilinin adından deyirəm. Belə bir hadisə 20 il bundan əvvəl baş verib. Gürcü dövləti Kvemo-Kartlidə səhv addım ataraq kənd adlarının adını dəyişdirib. Bir daha deyirəm, bu, bir daha təkrar edilməyəcək. Xüsusilə bizim azərbaycanlı vətəndaşlarımızın yaşadığı bölgələrdə biz bunun əksinəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR