Bank Of Baku

Moskvada türkiyəli aliminin erməni böhtanlarına qarşı kitabı nəşr olunub - FOTO

Moskvada türkiyəli aliminin erməni böhtanlarına qarşı kitabı nəşr olunub - <font color=red>FOTO</font>
# 16 aprel 2011 10:16 (UTC +04:00)
Kitabı rus dilində Moskvadakı “Maroseyka” nəşriyyatı çap edib. Mehmet Perinçekin Rusiyanın dövlət arxivlərindəki materiallar əsasında hazırladığı kitab daha əvvəl Türkiyədə çap edilib. Təqdimat mərasimində Mehmet Perinçekin çıxışı və imza günü də nəzərdə tutulub.

Qeyd edək ki, M.Perinçek 19 sentyabr 1978-ci ildə İstanbulda doğulub. O, Türkiyənin İşçi Partiyasının sədri və qondarma “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan “Tələt Paşa” Komitəsinin koordinatoru Doğu Perinçekin oğludur. M.Perinçek İstanbul Universitetinin hüquq fakültəsini bitirib, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyub. Rusiyanın dövlət arxivlərindən türklərin ermənilərə qarşı “soyqırım” törətdiyi haqqında iddiaların qondarma olduğuna dair xeyli material əldə edərək Türkiyədə çap etdirib. M.Perinçekin arxivlərdən əldə etdiyi materialların bir qismini azərbaycanlı alim Arif Acaloğlu ruscadan türkcəyə çevirib. Doktorluq dissertasiyasını tamamlamaq üzrə olan M.Perinçek hazırda İstanbul Universitetinin müəllimi, Atatürk Prinsipləri və Türkiyə İnqilabının Tarixi İnstitutunun elmi işçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR