Bank Of Baku

Marneulidə azərbaycanlıların yaşadığı bir neçə kənd sel təhlükəsi ilə üzləşib

Marneulidə azərbaycanlıların yaşadığı bir neçə kənd sel təhlükəsi ilə üzləşib
# 18 aprel 2011 14:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. “Son günlər intensiv surətdə yağan yağışlar nəticəsində Debeda çayının səviyyəsi artıb. Sahil boyu sıralanan azərbaycanlıların yaşadığı Aşağı Saral, Seydiqocalı, Araplı kəndləri üçün təhlükə yaranıb”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli icra hakimiyyəti başçısının müavini Heydər Musayev deyib. O bildirib ki, real təhlükə doğrudan da var: “Biz rayon rəhbəri Zaza Dekonoidze və mütəxəssislərlə birlikdə Aşağı Saral kəndində olduq. Doğrudan da çayın coşan suları torpağı yuyub aparır. Fikrimizcə, yenə yağışlar başlayarsa, Aşağı Saral kəndinin kənarındakı yaşayış evlərini coşan dalğalar ağzına ala bilər. Biz hadisə barədə Gürcüstan təbii sərvətlər və fövqəladə hallar nazirliklərinə bizə dəstək olmaq üçün məktubla müraciət etmişik. Lakin bununla arxayınlaşmamışıq. Qonşu Yuxarı Saral kəndinə çayın qabağını kəsmək üçün lazım olan texnikanı toplamışıq. Birdən təhlükə ciddi olarsa, texnikanı işə salacağıq”.

H. Musayev indi Aşağı Saral kəndinin 85 evinin təhlükə qarşısında olduğunu söyləyib: “Lakin hələlik dözməliyik. İndi texnikanı çaya yönəltmək mümkün deyil. Çünki texnikanın işləməsi üçün suların gurluğu azalmalıdır. Sel suları texnikanı apara bilər. Qərara gəlmişik ki, hələlik çayın səviyyəsinin bir az aşağı düşməsini gözləyək. Onda biz çayın məcrasını dəyişəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR