Bank Of Baku

Koreyada keçirilən mədəniyyət festivalında Azərbaycan təmsilçiləri də iştirak edib

Koreyada keçirilən mədəniyyət festivalında Azərbaycan təmsilçiləri də iştirak edib
# 25 aprel 2011 07:24 (UTC +04:00)
Bakı-APA. Seul şəhərində yerləşən “Rainbow” Beynəlxalq məktəbdə Koreya Respublikasının müxtəlif təhsil qurumlarından gəlmiş nümayəndələrin və iyirmidən artıq əcnəbi ölkə vətəndaşlarının iştirakı ilə “Beynəlxalq gün” mədəniyyət festivalı keçirilib. Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanı səfirlik və “Buta Azərbaycan-Koreya tələbə təşkilatı” təmsil edib. Azərbaycan üçün ayrılan hissədə milli geyimlər, mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib, Azərbaycana dair informativ materiallar paylanıb. Tədbir zamanı eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və son illər əldə etdiyi iqtisadi nailiyyətləri haqda tədbir iştirakçılarına məlumat verilib. Geniş auditoriya qarşısında təşkil edilmiş ayrıca musiqi proqramında tələbə Orxan Ləzimov sazda ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR