Bank Of Baku

MHP-nin deputatlığa namizədi: “Xocalıda soyqırımı törətdiklərini ermənilərə sübut edəcəyik”

MHP-nin deputatlığa namizədi: “Xocalıda soyqırımı törətdiklərini ermənilərə sübut edəcəyik”
# 25 aprel 2011 11:59 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “Professor Yusuf Halaşoğlu əvvəlcə Türk arxivlərini açdı, Bostondakı daşnak arxivlərinin açılmasını ermənilərdən tələb etdi. Hətta bunun üçün 15 milyon dollar verə biləcəyini dedi. Ancaq ermənilər gəlib bizim arxivlərdə işləmədikləri kimi, həm də öz arxivlərini açmadılar. Bəs bizə qarşı “soyqırım” iddiaları obyektiv şəkildə necə araşdırılacaq? Bizə qarşı necə oyun oynadıqları bəlli oldu”. Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında İstanbulun ikinci bölgəsinin 7-ci sırasından MHP-nin namizədi olan 28 yaşlı Əsra Səlimoğlu deyib.

Ə. Səlimoğlu araşdırma komissiyası yaradacağını, sənədlərlə beynəlxalq arenada mübarizə aparacaqlarını bildirib: “Biz sənədlərlə ermənilərə Xocalı soyqırımını qəbul etdirəcəyik. Ermənilər də bizə qarşı əllərində olan bütün sənədləri hazırlasınlar. 1992-ci ildə yapdıqları Xocalı soyqırımını inkar etmələri qeyri-mümkündür. Onların ortaya qoyduqları sənədlərin çoxu saxtadır - biz bunların bir çoxunu müəyyənləşdirmişik. Xocalı soyqırımını ört-basdır etmək üçün 100 il keçmişdə qalan hadisələrlə Türkiyəyə böhtanlar yağdırırlar. Biz Türk dünyası ilə yaxından maraqlanırıq. Çünki oranı özümüzdən ayrı düşünmürük. Biz heç vaxt Azərbaycanı tək buraxmadıq, eyni şey ordakı bacı-qardaşlarımızdan da gözləyirik”.

O, erməni işğalçılığına qarşı azərbaycanlı gənclərlə birlikdə mübarizə aparacaqlarını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR