ABŞ-dakı Azərbaycan diasporu Şuşanın ermənilər tərəfindən işğalının ildönümü ilə bağlı kampaniya keçirir
“ABŞ-da yaşayan 400 000 və bütün dünyada yaşayan 40 milyon azərbaycanlı adından BMT-yə müraciət edərək, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, BMT Baş Məclisinin A/RES/48/114 və digər qətnamələrinin həyata keçirilməsi üçün ciddi addımlar atmağı tələb edirik”, - deyə məktublarda bildirilir və bu qətnamələrin erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeydsiz-şərtsiz çıxmasını tələb etdiyi vurğulanır.
Diaspor üzvləri məktubda belə bir sual da qaldırırlar: “Əgər BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələri yerinə yetirilmirsə, onda onların nə əhəmiyyəti var?”
Məktub müəllifləri bildirirlər ki, Ermənistan bu qətnamələrə məhəl qoymur: “Bu vəziyyət ABŞ Konqresi və administrasiyası, bütün beynəlxalq ictimaiyyətin gözü önündə nə vaxtadək davam edə bilər? Bu il mayın 8-də Azərbaycanın tarixi Şuşa şəhərinin işğalının və dağıdılmasının 19-cu ildönümüdür. Şuşa bir vaxtlar Azərbaycan klassik musiqisinin mərkəzi, şərqin il operasının beşiyi olub. Şuşa musiqiçiləri, bəstəkarları və xanəndələri ilə tanınıb. İndi isə bu şəhər xarabaya çevrilib, Ermənistanın işğalçı, dağıdıcı və sistematik etnik təmizləmə siyasətinin qurbanı olub. Qeyd etmək lazımdır ki, 1992-ci ilədək Azərbaycanın Dağlıq Qarabağ vilayətinin ən mühüm və tanınan şəhəri olan Şuşanın əhalisinin 92%-i azərbaycanlılar olub. Şuşa erməni qüvvələri tərəfindən Xocalıda 613 dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən qətliamdan iki ay sonra işğal olunub”.
Məktubda daha sonra bildirilir: “Amerikada və bütün dünyada yaşayan azərbaycanlılar adından Sizdən xahiş edirik ki, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli, BMT TŞ və Baş Məclisinin qətnamələrinin yerinə yetirilməsi üçün səylərinizi əsirgəməyəsiniz. Sizdən xahiş edirik ki, erməni işğalına son qoyulmasına, Azərbaycan ərazisində qanunsuz yerləşmiş erməni hərbi qüvvələrinin buradan çıxarılmasına, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına, Naxçıvanın blokadasının aradan qaldırılmasına, bütün hərbi əsirlərin və itkin düşmüşlərin qaytarılmasına yardım edəsiniz”.
Qeyd edək ki, artıq diasporun məktubuna cavablar da var. Merilend ştatından olan demokrat senator Barbara A. Mikulski cavab məktubunda Azərbaycan diasporunun BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı çağırışını yüksək qiymətləndirib.
Xəbər Lenti
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO