Bank Of Baku

Türk və Azərbaycan diasporunun üzvləri Nyu-Yorkda “Erməni yalanlarına son!” tələbi ilə aksiya keçirir

Türk və Azərbaycan diasporunun üzvləri Nyu-Yorkda “Erməni yalanlarına son!” tələbi ilə aksiya keçirir
# 30 aprel 2011 08:24 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, hər ilə ənənəvi keçirilən bu aksiya yeddinci olacaq.

Gənc Türklər Təşkilatı tərəfindən təşkil olunan nümayiş Nyu-York vaxtı ilə saat 13.00-də başlayacaq.

Aksiyanın əsas məqsədi Amerikada yaşayan türkləri və azərbaycanlıları anti-erməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir.

Etiraz aksiyasında “Erməni yalanlarına inanmayın!”, “İnsanlığa qarşı zülmə son!” kimi şüarlar səsləndiriləcək.

Ötən ildəkindən fərqli olaraq aksiyaya Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da qatılacaq.

Təşkilatçılar hesab edirlər ki, onların aksiyaları erməniləri təşvişə salacaq, türkləri isə daha da gücləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR