Bank Of Baku

Azərbaycan və Türk diasporu Nyu-Yorkda “Erməni yalanına yox deyək!!” şüarı ilə aksiya keçirib - FOTOSESSİYA

Azərbaycan və Türk diasporu Nyu-Yorkda “Erməni yalanına yox deyək!!” şüarı ilə aksiya keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 02 may 2011 14:47 (UTC +04:00)
Bakı-APA. ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri aprelin 30-da Nyu-Yorkun “Tayms” meydanına toplaşaraq, “Erməni yalanına yox deyək!” tələbi ilə yürüş keçiriblər. APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycan və Türk diasporunun təşkil etdiyi bu aksiya ənənəvi olaraq hər il bu tarixdə keçirilir və sayca yeddincidir.

Aksiyanın əsas məqsədi Amerikada yaşayan azərbaycanlıları və türkləri anti-erməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir.

Etiraz aksiyasında “Erməni yalanlarına inanmayın!”, “İnsanlığa qarşı zülmə son!” kimi şüarlar səsləndirilib. Aksiyaya Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR