Bank Of Baku

Torontoda Şimali Amerika Azərbaycanlı gənclərin AYNA şəbəkəsinin birinci konfransı keçirilib - FOTO

Torontoda Şimali Amerika Azərbaycanlı gənclərin AYNA şəbəkəsinin birinci konfransı keçirilib - <font color=red>FOTO</font>
# 04 may 2011 08:17 (UTC +04:00)
Bakı-APA. Kanadanın Toronto Universitetində Şimali Amerika Azərbaycanlı gənclərin AYNA şəbəkəsinin (Azerbaijani Youth of North America - AYNA Network) birinci konfransı keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin Azərbaycanlı Tələbələr Assosiasiyası (UofT-AzSA) və Azərbaycan-Amerika Şurası (AAC) tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Albert və Vaterloo Universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Kanadanın Azərbaycan İcmasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə UofT-AzSA-nın prezidenti və AYNA şəbəkəsinin administratorlarından biri İsgəndər Qədirzadə açıb. O, AYNA şəbəkəsinin və bu tədbirin məqsədləri barədə məlumat verib. Tədbir iştirakçıları 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Konfransın birinci panelində Kanada Türk Federasiyasının nümayəndəsi İlke Hincer və Toronto Universiteti yanında Mərakeş Assosiasiyasının prezidenti Əbdülqadir Filaki çıxış edib. Onlar Kanadanın Türkiyə və Mərakeş diasporlarının təcrübəsi və prioritetləri barədə məlumat veriblər.
Konfransda əsas məruzə ilə Kanadanın tanınmış jurnalisti, “Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabının müəllifi Skott Teylor çıxış edib. O, Ermənistan-Azərbaycan münaqişəsi regionuna səfərləri barədə məlumat verib, öz kitabı əsasında hazırlanmış sənədli filmi nümayiş etdirib. S.Teylor Türkiyəyə və Azərbaycana münasibətdə, eləcə də regional münaqişələrin qurbanlarına münasibətdə ikili standartlar siyasətini tənqid edib.
İkinci paneldə AAC-nin baş direktoru doktor Cavid Hüseynov tarixi və müasir Azərbaycan identikliyi haqqında məruzə edib. Tədbirin xeyli hissəsi AYNA şəbəkəsinin qarşıdakı bir il üçün planlarının açıq müzakirəsinə həsr olunub. Müzakirələrdə Toronto, Vaterloo və Albert universitetlərində təhsil alan tələbələr və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. AYNA şəbəkəsi Şimali Amerikada Azərbaycan gənclərinin peşəkar şəbəkəsini möhkəmlətmək məqsədi ilə ABŞ və Kanada universitetlərində silsilə tədbirləri davam etdirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR