Bank Of Baku

Berlində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Berlində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək
# 04 may 2011 14:57 (UTC +04:00)
Bakı-APA. Mayın 10-da Berlin şəhərində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzi və “Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq” tərəfindən təşkil olunan tədbir Türk Evində keçiriləcək.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin yeni səviyyədə davam və inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən, gördüyü işlərdən bəhs olunacaq. Tədbirə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı çoxlu sayda alman ictimaiyyətinin nümayəndəsi də dəvətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR