Bank Of Baku

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri bu ölkənin parlament nümayəndələri ilə görüşüblər - FOTO

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri bu ölkənin parlament nümayəndələri ilə görüşüblər - <font color=red>FOTO</font>
# 06 may 2011 08:00 (UTC +04:00)
Bakı-APA. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzvləri bu ölkənin parlamentinin türk əsilli deputatları Hüseyn Arac və Yıldız Akdoğanla görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycan və türk icmalarının əlaqələri, Danimarkada fəaliyyət göstərən türkdilli xalqların icmalarının birliyinin yaradılmasına dair irəli sürdüyü təklifin mahiyyəti, rəhbəri olduğu qurumun qarşısında duran vəzifələr barədə məlumat verib. “Vətən” Cəmiyyətinin üzvləri Zaur Qubatov və Mehriban Əliyeva Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın iqtisadi inkişafı və apardığı sülhməramlı siyasəti barədə danışıblar.
Daha sonra görüşdə Azərbaycan torpaqlarının işğalı, BMT-nin bu işğalın dayandırılmasına dair 4 qətnaməsinin əməl olunmadığı və 1 milyon azərbaycanlının qaçqın olmasının Danimarka parlamentində müzakirəyə çıxarılması yolları müzakirə edilib.
Danimarka parlamentinin üzvü Hüseyn Arac bu təklifin həyata keçməsi üçün öz məsləhətlərini, gələcəkdə birgə çalışacaqlarını və Azərbaycanla bağlı tədbirlərdə Yıldız Akdoğanla birgə iştirak edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR