Bank Of Baku

Qazaxıstandakı Azərbaycan diasporu repressiyaya məruz qalmış azərbaycanlı qadınlara abidə ucaldıb

Qazaxıstandakı Azərbaycan diasporu repressiyaya məruz qalmış azərbaycanlı qadınlara abidə ucaldıb
# 06 may 2011 13:11 (UTC +04:00)
Bakı-APA. Qazaxıstandakı Azərbaycan diasporu Azərbaycanın repressiyaya məruz qalmış qadınlarının xatirəsinə Astana şəhərinin yaxınlığındakı Akmola qəsəbəsində memorial abidə ucaldıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Astana şəhəri “Xəzər” Mədəniyyət Mərkəzi ilə “Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı”nın təşəbbüsü ilə ucaldılan abidə ötən əsrin 30-40-cı illərində “Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin həyat yoldaşları düşərgəsi”nin (“Akmolinskiy laqerğ jen politiçeskix repressirovannıx” “Aljir”) yerləşdiyi ərazidə qoyulub.
1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılıb. Onlardan əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR