Bank Of Baku

Marneulidə Şuşanın işğal olunmasının 19 illiyi ilə bağlı tədbir keçirilib

Marneulidə Şuşanın işğal olunmasının 19 illiyi ilə bağlı tədbir keçirilib
# 08 may 2011 14:14 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Mayın 8-də Gürcüstanın Marneuli rayonundakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Şuşa şəhərinin işğalının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri AMM-in rəhbəri Fazil Həsənov açıb və Gürcüstanda Şuşanın anım mərasiminin qeyd edilməsi ilə bağlı fikirlərini söyləyib. Tədbirdə Azərbaycanın millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək, Şuşa şəhərini Azərbaycanın ürəyi, hissi adlandırıb. Millət vəkili Şuşanın Azərbaycan mədəniyyətinə böyük nəsillər bəxş etdiyini də bildirib.
Qənirə Paşayeva ermənilərin Şuşada və digər işğal olunmuş ərazilərdəki tarixi-mədəni abidələri məhv etməsindən də danışıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət üzrə əməkdaşı Qurban Abbaslı, Gürcüstan-Avropa Tarixçilər Assosiyasiyasının üzvü Nərgiz Nəbiyeva, tələbə Samirə Bayramova və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçıları “Dağıdılmış mədəniyyət beşiyi-Şuşa” adlı filmə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR