Bank Of Baku

Rusiyanın Azərbaycanlı Gənclər və «Mir na Zemle» təşkilatları Taqanroqda Qələbə günü münasibətilə mitinq keçirib - FOTOSESSİYA

Rusiyanın Azərbaycanlı Gənclər və «Mir na Zemle» təşkilatları Taqanroqda Qələbə günü münasibətilə mitinq keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 09 may 2011 07:04 (UTC +04:00)
Bakı – APA. Mayın 8-də Rusiyanın Rostov vilayətində ən böyük abidə olan Şöhrət Memorialı önündə faşizm üzərində qələbənin ildönümü ilə bağlı mitinq keçirilib. APA-nın məlumatına görə, mitinqi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və «Mir na Zemle» millətlərarası təşkilatı keçirib. Tədbiri Taqanroq parlamentinin vitse-spikeri, RAGT-nin Rostov bölməsinin rəhbəri Fuad İbrahimov təşkil edib.
Tədbirdə əbədi məşələ od vurulub, memorialın qarşısına çiçəklər qoyulub, Taqanroq şəhərini faşistlərdən azad etmiş, əsasən azərbaycanlılardan ibarət 130 və 416-cı diviziyaların əsgərlərinin ruhuna dualar oxunub.
Tədbirin sonunda Taqanroq və Rostov şəhərləri arasında avtoyürüş keçirilib. Avtoyürşün məqsədi Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqdır.
Qeyd edək ki Taqanroq şəhərindəki Şöhrət Memorialının açılışı 1980-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR